...

İstanbulda gecə klubunda yanğında ölənlərin sayı 29-a çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Aprel 2024 18:08 (UTC +04:00)
İstanbulda gecə klubunda yanğında ölənlərin sayı 29-a çatıb (YENİLƏNİB)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğın zamanı ölənlərin sayı 29-a çatıb.

xxx

17:29

İstanbulda kafedə baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində yaralananların sayı 3 nəfərdir.

Yanğının söndürülməsinə 31 yanğınsöndürmə maşını və 86 nəfər personal cəlb olunub. Hazırda yanğın söndürülüb.

xxx

17:07

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində yaralananların sayı isə 8 nəfərdir, bunlardan 7-nin vəziyyəti ağırdır.

xxx

16:33

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində yaralananların sayı isə 13 nəfərə çatıb.

xxx

16:04

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananların vəziyyəti ağırdır.

Yanğının təmir zamanı səhnənin yanındakı partlayışdan sonra baş verdiyi qeyd olunub.

Hadisə yerinə yanğınsöndürmə, polis əməkdaşları və tibbi personal cəlb olunub. Yanğınsöndürmə və xilasetmə əməliyyatları davam edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti