...

BMT və Dünya Bankı Qəzza zolağının infrastrukturuna dəyən zərəri qiymətləndirib

Dünya xəbərləri Materials 3 Aprel 2024 00:33 (UTC +04:00)
BMT və Dünya Bankı Qəzza zolağının infrastrukturuna dəyən zərəri qiymətləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin oktyabrından bu ilin yanvarına qədər Qəzza zolağının infrastrukturuna dəymiş ziyan 18,5 milyard dollar həcmində qiymətləndirilib.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankı və BMT-nin birgə hesabatında deyilir.

Məlumata görə, bu zərər Fələstinin 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir.

Qeyd olunur ki, əsas zərər mənzil sektorunda, o cümlədən yaşayış binalarında (ümumi məbləğin 72 faz) və ticarət, sənaye və xidmət sahələrində (ümumi həcmin 9 faizi), qalan 19%-nin isə təhsillə bağlı mühüm obyektlərə, su təchizatı və səhiyyə, enerji, informasiya texnologiyaları, kommunal xidmətlər və nəqliyyat sahələrinə dəyib.

Ümumi zərərin demək olar ki, 80%-nin Qəzza, Şimali Qəzza və Xan Yunis əyalətlərinə dəydiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti