Bakı. Trend:
İsrail Dəməşqdəki İran konsulluğuna raket hücumu barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Sinq, həmçinin bildirib ki, ABŞ Dəməşqdə bu zərbəni həyata keçirməyib.
Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket zərbəsi endirib, nəticədə azı 6 nəfər həlak olub.