...

"Crocus"dakı terror aktı ilə bağlı daha üç nəfər saxlanıldı (VİDEO)

Dünya xəbərləri Materials 4 Aprel 2024 17:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"dakı terror aktı ilə bağlı daha 3 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, biri Rusiya vətəndaşı, digərləri isə əcnəbi vətəndaş olmaqla, 3 nəfər Moskva, Yekaterinburq və Omskda saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslərdən ikisi terrorçuların istifadə etdiyi silah və nəqliyyat vasitəsi üçün pul köçürüb, digəri isə əlbirlərin cəlb olunması və terror aktını törədənlərin maliyyələşdirilməsi ilə məşğul olub.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti