...

Rusiyada qubernatora hücum edilib

Dünya xəbərləri Materials 5 Aprel 2024 02:07 (UTC +04:00)
Rusiyada qubernatora hücum edilib

Bakı. Trend:

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb.

Trend-in məlumatına görə, bu barədə bölgə rəhbərinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, qubernator xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

Bildirilib ki, hadisə Apatiti şəhərində, qubernatorun sakinlərlə görüşün keçirildiyi mədəniyyət evinin çıxışında baş verib.

Hüquq-mühafizə orqanları hadisə yerindədir. Qeyd olunub ki, hücumdan sonra qubernatorun həyatı üçün heç bir təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti