...

Rusiyada avtobus aşıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 8 Aprel 2024 08:54 (UTC +04:00)
Rusiyada avtobus aşıb, ölən və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Samara vilayətinin Kinelski rayonunda avtobusun aşması nəticəsində iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya dövlət yol hərəkət təhlükəsizliyi müfəttişliyinin regional idarəsindən bildiriblər.

"Ural-Muxanovo magistralının 26-cı km-də hərəkətdə olan "SCANIA" markalı avtobusu idarə edən sürücü yol təhlükəsizliyini təmin etməyən sürəti seçib, nəticədə avtomobili yoldan çıxaraq aşıb. İki sərnişin hadisə yerində ölüb, ilkin məlumata görə, 10 sərnişin tibb müəssisəsinə aparılıb", - deyə bildirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin Dövlət Yol Müfəttişliyinin məlumatına əsasən, avtobus Özbəkistan vətəndaşlarını Qazaxıstandan Nijni Novqoroda aparırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti