Bakı. Trend:
Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın Kəmər rayonunda qeydə alınıb.
Məlumata əsasən, təxminən 2 saatdan sonra yanğın nəzarət altına alınıb, soyutma işləri davam edir. Yanğın zamanı 0,3 hektar əraziyə ziyan dəyib.