Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının cari ilə planlaşdırılan hərbi təlimlərinin qrafiki məlum olub.
Trend xəbər verir ki, bu barədə Parlament Assambleyası məlumat yayıb.
Məlumata görə, aprelin 9-dan 11-dək keçirilən müzakirələr nəticəsində qərara alınıb ki, cari ildə Qırğızıstanda “Birgə fəaliyyət - 2024” Komanda-Qərargah Təlimləri baş tutacaq.
Bundan başqa, təşkilata üzv ölkələrin hərbçiləri adıçəkilən ölkədə “Axtarış - 2024”, habelə “Eşelon – 2024” hərbi təlimlərinə toplaşacaqlar.