...

Bu ölkədə Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb

Dünya xəbərləri Materials 15 Aprel 2024 20:34 (UTC +04:00)
Bu ölkədə Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada Rusiyanın bloklanan aktivlərinin məbləği təxminən 3,9 milyard avro qiymətləndirilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin statistik məlumatında yer alıb.

Məlumata görə, bu məbləğə təkcə Mərkəzi Bankın aktivləri deyil, həm də sanksiya siyahılarına daxil edilmiş Rusiyadan olan fiziki və hüquqi şəxslərin kapitalı daxildir.

Bundan başqa, 2024-cü ilin yanvarından Almaniyada bloklanan aktivlərin həcmi təxminən 200 milyon avro azalıb. Maliyyə Nazirliyi bunun bazardakı dalğalanmalarla bağlı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti