...

Əfqanıstanda sel fəlakəti: 70 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Aprel 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda aramsız yağışlar səbəbindən sel fəlakəti meydana gəlib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə İdarəsinin sözçüsü Janan Saeq deyib.

Məlumata görə, sel zamanı 2,5 mindən çox evin dağılıb və ya zərər görüb, 2 mindən çox heyvan tələf oldub, hektarlarla kənd təsərrüfatı ərazisi də yararsız hala düşüb. Ölənlərin sayı 70-ə, yaralıların sayı isə 56-ya çatıb.

Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davam edəcəyi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti