...

Bu il elektromobil satışları artacaq - Beynəlxalq Enerji Agentliyi

Dünya xəbərləri Materials 23 Aprel 2024 20:51 (UTC +04:00)
Bu il elektromobil satışları artacaq - Beynəlxalq Enerji Agentliyi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə elektromobil satışlarınin 20 faizdən çox artaraq 17 milyona çatacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) illik sənaye hesabatında yer alıb.

Məlumata görə, cari ilin ilk rübündə elektromobil satışları illik ifadədə təxminən 25 faiz artıb.

Hesabatda, həmçinin, 2024-cü ildə elektromobillərin ümumi avtomobil satışlarındakı payının təxminən 20 faizə, 2035-ci ilədək isə 65 faizə çatacağı bildirilir. Eyni zamanda elektrik mühərriki ilə çalışan avtomobil satışlarının bu il Çində 45 faiz, Avropada 25 faiz, ABŞ-da isə 11 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

“Financial Times” qəzetinin məlumatına görə, avtomobil istehsalçıları yüksək qiymətlər və enerji doldurma stansiyalarının azlığı səbəbindən elektromobillərə marağın qismən azaldığını deyirlər.

Dünyanın iki ən böyük elektromobil istehsalçı olan Tesla və BYD bu ilin ilk rübündə satışların 2023-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə azaldığını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti