...

"HƏMAS" liderlərinin Qətəri tərk etmək planları yoxdur

Dünya xəbərləri Materials 24 Aprel 2024 03:26 (UTC +04:00)
"HƏMAS" liderlərinin Qətəri tərk etmək planları yoxdur

Bakı. Trend:

Hazırda Qətərdə yaşayan Fələstinin "HƏMAS" liderləri ölkəni tərk etməyi planşdırmırlar.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı hərəkatdakı mənbələrə istinadən bildirib.

"Biz yaşayış yeri kimi Qətərə alternativ axtarmırıq", - deyə qeyd olunub.

"HƏMAS" hərəkatından əlavə ediblər ki, onlar vasitəçilər vasitəsilə İsraillə mümkün atəşkəs razılaşması üçün cəmi dörd variant təqdim edib. Onların sözlərinə görə, İsrail “razılığa gəlmək istəmir” və danışıqlar prosesi ilə bağlı “ciddi yanaşmır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti