...

Hindistanda avtobusla yük maşını toqquşub, 7 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Aprel 2024 04:07 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti