Bakı. Trend:
Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyub və baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı vətəninə qayıtmaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
"Prezident baş verən hadisələrlə əlaqədar xaricdə səfərini başa vuraraq Slovakiyaya qayıdır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Peter Pelleqrini bu iyunun 15-də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.