...

Ermənistanda hökumət binasını zorla ələ keçirməyə çalışan şəxs saxlanılıb

Dünya xəbərləri Materials 22 May 2024 16:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış erməni müğənni Hayk Gevondyanın (Spitakci Hayko) oğlu Qraçya Gevondyan Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, Qraçya Gevondyan bir qrup şəxslə əlbir olaraq hökumət, parlament və polis binasını zorla ələ keçirməkdə ittiham olunur.

Buna səbəb isə telefon danışığının qeydə alınması olub.

Qraçya Gevondyanın parlamentin müxalifət fraksiyasının nümayəndələrindən biri ilə yaxın olduğu qeyd edilir. Ermənistan İstintaq Komitəsinin yaydığı bütün videokadrlarda Qraçya Gevondyanın Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, parlamentin müxalifət fraksiyasının nümayəndəsi Levon Köçəryanın yanında olduğu görünür.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti