...

Xankəndidə keçmiş separatçı rejimin funksionerinin evində axtarış aparılıb

Dünya xəbərləri Materials 25 May 2024 16:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın təhlükəsizlik qüvvələri işğal illərində Azərbaycanın Xankəndi şəhərində keçmiş separatçı rejimin funksionerlərindən olan David Sarkisyanın evində axtarış aparıb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, vəkil hələlik başqa təfərrüat açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə fəaliyyət göstərən Mişa Qyurcyan saxlanılıb, rejimin Əsgəran qəsəbəsində funksionerlərindən olan Ayk Şamiryan isə ev dustaqlığına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti