Bakı. Trend:
Rusiyada bu il beynəlxalq "Ordu Oyunları" keçirilməyəcək.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, oyunların təxirə salınmasına səbəb çox sayda hərbi qulluqçunun diqqətini yayındırmaqdır.
Rusiya Müdafiə Nazirliyi hələ ki, məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, beynəlxalq "Ordu Oyunları" müxtəlif dövlətlərin silahlı qüvvələrinin bölmələri arasında keçirilir. İlk dəfə 2015-ci ildə keçirilən oyunlar sonuncu dəfə 2022-ci ildə 38 ölkənin iştirakı ilə keçirilib.