...

Ukraynanın dövlət borcu açıqlanıb

Dünya xəbərləri Materials 27 May 2024 20:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın dövlət və dövlət zəmanətli borcu aprelin sonunda 6,0104 trilyon qrivna (151,5 milyard dollar) təşkil edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Daniel Qetmantsev teleqram kanalında məlumat verib.

O qeyd edib ki, aprel ayında Ukraynanın dövlət borcunun həcmi 1,5% artıb.

"Aylıq artım daxili bazarda borclanma və “Ukrayna Facility” proqramı çərçivəsində Avropa İttifaqından 1,5 milyard avro tranşın alınması ilə bağlıdır", - deputat yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti