...

Robert Fitso xəstəxanadan buraxılıb

Dünya xəbərləri Materials 31 May 2024 14:12 (UTC +04:00)
Robert Fitso xəstəxanadan buraxılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra müalicə aldığı xəstəxanadan buraxılıb.

Trend xəbər verir ki, bu barədə Ruzvelt xəstəxanasının yaydığı press-relizdə deyilir.

Məlumata görə, həkimlər Baş nazirin səhhətinə evdə nəzarət edirlər.

Qeyd edək ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.

Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin nəticələrindən, həmçinin, ölkə hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.

Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur. İstintaq bağlı qapılar arxasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti