...

Türkiyənin xarici işlər naziri Çinə səfər edəcək

Dünya xəbərləri Materials 2 İyun 2024 01:40 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Çinə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan 3-5 iyun tarixlərində Çinə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin diplomatik mənbələrindən məlumat verilib.

Məlumata əsasən, səfər Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə baş tutacaq.

Bu, Hakan Fidanın xarici işlər naziri kimi Çinə ilk səfəridir, çinli həmkarı Vanq Yi isə 2023-cü ilin iyulunda Türkiyəyə səfər edib.

Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri həmkarı Vanq Yi, eləcə də Çinin vitse-prezidenti Han Çjen və Çin Kommunist Partiyasının (ÇKP) Siyasi və Hüquqi Məsələlər üzrə Mərkəzi Komissiyasının sədri Tzin Vinçin ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti