...

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun qüvvəyə minib

Dünya xəbərləri Materials 3 İyun 2024 12:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini imzalayıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Qanun layihəsi bununla rəsmi olaraq qüvvəyə minib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun layihəsinə veto qoymuşdu.

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" haqda qanun layihəsinə vetosunu ləğv edib.

Prosedura əsasən, veto aradan qaldırıldıqdan sonra üç gün ərzində qanun yenidən imzalanması üçün prezidentə göndərilir. Dövlət başçısı 5 gün ərzində qanunu imzalamadıqda qanun parlamentin spikeri tərəfindən imzalanır və qüvvəyə minir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti