Bakı. Trend:
NATO Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə müdaxiləni təcrübədən keçirir.
Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT-nin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, hava məkanında təxribatların sayı artır və NATO çoxsayda hərbi təlimlər keçirir.
"Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır. Lakin Rusiya təşkilat çərçivəsində səmərəli əməkdaşlığın inkişafı üçün mümkün hər şeyi etməyə davam edəcək", - o deyib.
Şoyqu həmçinin əlavə edib ki, Qərbin iqtisadi təzyiqi fonunda KTMT-yə üzv ölkələrin maliyyə təhlükəsizliyinin təmin olunması getdikcə daha da aktuallaşır.