...

KTMT Baş katibliyi Paşinyanın açıqlamalarına münasibət bildirib

Dünya xəbərləri Materials 13 İyun 2024 18:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş katibliyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin təşkilatdan çıxa biləcəyinə dair açıqlamalarına münasibət bildirib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

KTMT Baş katibliyindən bildiriblər ki, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır.

Həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu yaxınlarda dediyi "Paşinyan deməyib ki, biz KTMT-dən çıxırıq, o deyib ki, biz nə vaxt çıxacağımıza qərar verəcəyik" açıqlamasına diqqət çəkilib.

"Bununla əlaqədar olaraq, ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT-nin tədbirlərində iştirakının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır", - KTMT-nin açıqlamasında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan növbəti məntiqi addımın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu addımın məhz nə zaman atılacağına Ermənistan hakimiyyəti qərar verəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti