...

İranda daşqınlar: insanlar itkin düşüb

Dünya xəbərləri Materials 14 İyun 2024 19:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Mazandaran əyalətinin Çalus və Ərdəbil vilayətinin Meşginşəhr şəhərində leysan yağışları nəticəsində çaylar daşıb.

Trend bu barədə İran KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, daşqınlarda bir neçə vətəndaşın itkin düşdüyü deyilir.

Mazandaran əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Qulam Əli Fəxari Çalus yolunda daşqın nəticəsində 16 nəfərin qəzaya uğradığını, onlardan 12-nin təhlükəsiz ərazilərə, dördünün isə tibb mərkəzlərinə aparıldığını bildirib.

Onun sözlərinə görə, daşqın zamanı üç nəfər itkin düşüb, onların və digər itkin düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti