...

Rusiyanın Şebekino şəhərində evin girişinin uçması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Dünya xəbərləri Materials 15 İyun 2024 07:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Şebekino şəhərində çoxmərtəbəli binanın girişinin uçması nəticəsində rayon xəstəxanasına çatdırılan qadın dünyasını dəyişib. Bununla da ölənlərin sayı 5-ə çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

"Dörd nəfərin qalıqları dağıntılar altından çıxarılıb. Təəssüf ki, daha bir qurban regional xəstəxanaya çatdırılıb".

Zərərçəkmiş əməliyyat olunub, ürəyi bir neçə dəfə dayanıb, reanimasiya tədbirləri həyata keçirilib. "Yaraların ağırlığı həyatla uyğun gəlmirdi", Qladkov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti