...

ABŞ bütün "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək

Dünya xəbərləri Materials 21 İyun 2024 03:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hazırda ölkədə istehsal olunan bütün "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək.

Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən "Patriot" və "NASAMS" sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib", - Kirbi deyib.

Xəbər lenti

Xəbər lenti