...

Roberto Baccionun evinə basqın olub, keçmiş futbolçu xəstəxanaya aparılıb

Dünya xəbərləri Materials 22 İyun 2024 00:06 (UTC +04:00)
Roberto Baccionun evinə basqın olub, keçmiş futbolçu xəstəxanaya aparılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyalı əfsanə Roberto Baccionun evinə basqın olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hadisə veteran futbolçunun ailəsi ilə birlikdə AVRO-2024-ün İtaliya – İspaniya (0:1) matçını izlədiyi zaman baş verib.

Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi ilə zərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə “Qızıl top”u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayan naməlum şəxslər evi qarət ediblər.

Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pul götürüblər.

Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisə müraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçunun başına bir neçə tikiş qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti