...

PUA hücumundan sonra Həştərxan hava limanında uçuşlar məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 9 İyul 2024 11:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

PUA hücumundan sonra təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən Həştərxan hava limanının cədvəlində dəyişikliklər edilib. Sərnişinlər uçuşların vəziyyəti ilə bağlı ən son məlumatları Həştərxan hava limanının saytından öyrənə bilərlər”, - məlumatda deyilir.

Daha əvvəl Volqoqrad hava limanı Volqoqrad vilayətində PUA-nın hücumlarından sonra təyyarələrin uçuşuna məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti