...

Yaponiyanın və Cənubi Koreya liderləri NATO ilə əməkdaşlığı dərinləşdirəcəklər

Dünya xəbərləri Materials 11 İyul 2024 05:10 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yun Sok Yol NATO ilə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə iki dövlətin liderləri Vaşinqtonda keçirilən ikitərəfli danışıqlar zamanı razılığa gəliblər.

"İki lider Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizlik məsələlərinin ayrılmaz olması ilə bağlı razılığa gəliblər və NATO və Hind-Sakit okean tərəfdaşları ilə koordinasiyanı daha da dərinləşdirməyə razılaşıblar", - deyə Yaponiya Xarici İşlər Nazirliyi bildirib.

İki dövlətin rəhbərlərinin Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıqları və KXDR ilə bağlı məsələlərdə ABŞ ilə üçtərəfli formatda əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti