...

Neokolonializmlə mübarizə Rusiyanın xarici siyasəti üçün aktualdır - Zaxarova

Dünya xəbərləri Materials 18 İyul 2024 20:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neokolonializmlə mübarizə Rusiyanın xarici siyasəti üçün aktualdır.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayla bağlı sualı cavablandırarkən deyib.

"Bu, bizim prioritetlərimizdən biridir. Ona görə yox ki, bu, tarixi reallıqlardır, bu da vacibdir, baş verənlər barədə məlumatları mühafizə etmək. Amma həm də ona görə ki, müstəmləkəçilik hazırda yüksəlişdədir və müasir texnoloji səviyyədə neokolonializm şəklində möhkəmlənir", - deyə o bildirib.

Zaxarova qeyd edib ki, bəzi ölkələr müxtəlif sahələrdə müasir imkanlardan istifadə edərək, bu gün də müstəmləkəçilik siyasətini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti