...

Banqladeşdə tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda 25 nəfər ölüb

Dünya xəbərləri Materials 19 İyul 2024 04:17 (UTC +04:00)

Bakı. Trend:

Banqladeşdə həftə ərzində tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ən azı 25 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, gənclərin işsizlik problemi ilə əlaqədar başlatdığı etiraz aksiyası sonradan iğtişaşa çevrilib.

Onlar dəyənək və daş parçaları ilə polislərə hücum edib, avtomobilləri, polis postlarını yandırıblar. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Mobil internet məhdudlaşdırılıb, universitet şəhərciklərinə güc strukturlarının əlavə bölmələri cəlb olunub.

Xəbər lenti

Xəbər lenti