Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq və regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı, aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir,” – mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin baş diplomatı Qətərdə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin dəfn mərasimində iştirak etmişdi.