Bakı. Trend:
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 14-16 avqust tarixlərində keçiriləcək təlimlərində iştirak etməyəcək.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunub ki, "Kobalt-2024" təlimləri Rusiya Qvardiyasının rəhbərliyi altında Novosibirskdə keçiriləcək.
Təlimlərdə həmçinin Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.
Üç gün ərzində təlim iştirakçıları təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər.