Bakı. Trend:
Avropa Parlamenti Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edir.
Trend xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, müraciət Avropa Parlamentinin 70 deputatı tərəfindən imzalanıb. Tələbi irəli sürən deputatlar bunu Macarıstanın səkkiz ölkənin, o cümlədən Rusiya və Belarusun vətəndaşlarına qarşı viza tələblərini yumşaltmaq istəyi ilə əsaslandırıblar. Onların fikrincə, Macarıstan bununla Şengen zonasını təhlükəsiz zona olmaqdan çıxaracaq.
Məktubda Macarıstanın sərhədlərində nəzarətin tətbiq olunması və bu ölkənin vizalarını tanımaqdan imtina etmək tələb olunub.