...

Təbii fəlakətlər Çin iqtisadiyyatına milyardlarla dollar zərər vurub

Dünya xəbərləri Materials 9 Avqust 2024 13:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çində leysan yağışlar və daşqınlar bu ilin iyulunda ötən illə müqayisədə təbii fəlakətlərdən iqtisadi itkilərin təxminən iki dəfə artmasına səbəb olub.

Trend xəbər verir ki, Çinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən ay bu ölkədə baş vermiş təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 88 faiz artıb və 76,9 milyard yuan (10,1 milyard ABŞ dolları) təşkil edib.

İtkilərə güclü yağışlar, daşqınlar və ya onların fəsadları səbəb olub. Bu, 2021-ci ildən bəri ən böyük zərərdir.

Nazirliyin məlumatına görə, təbii fəlakətlər Çində bir ay ərzində təxminən 26,4 milyon insana təsir edib, 328 nəfər ölüb və ya itkin düşüb.

Bir ay ərzində 1,1 milyon insan didərgin düşüb, 12 min ev dağılıb, daha 157 min binaya ziyan dəyib. Təxminən 2,42 milyon hektar əkin sahəsi də zərər çəkib.

Xəbər lenti

Xəbər lenti