...

Bu ölkə Ukrayna F-16-larını öz ərazisində yerləşdirməkdən imtina edib

Dünya xəbərləri Materials 13 Avqust 2024 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Xarici İşlər Nazirliyi respublika ərazisində Ukrayna Silahlı Qüvvələri üçün F-16 qırıcılarının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Nazirliyin rəsmi açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığı bildirilir.

"Ukrayna üçün F-16 qırıcılarının Moldova ərazisində yerləşdirilməsi ehtimalı ilə bağlı KİV-də yayılan məlumatlara cavab olaraq Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək", - Moldova XİN məlumatında qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti