Bakı. Trend:
Hindistan Kosmik Agentliyi (ISRO) avqustun 16-da EOS-08 Yerin müşahidə peykini kosmosa çıxarıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, 34 metrlik Kiçik Peyk Başlatma Vasitəsinin (SSLV) buraxılışı Şriharikota maneə adasındakı kosmodromdan həyata keçirilib.
Raket çəkisi 175,5 kiloqram olan EOS-08 peykini Yerdən 475 km yüksəklikdə dairəvi orbitə çıxarıb.