Bakı. Trend:
İrəvanın mərkəzindəki İsakov prospektində güclü yanğın başlayıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, ərazidəki pambıq istehsalı sexi yanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, saat 16:40-dan başlayan yanğının söndürülməsi davam edir.