Bakı. Trend:
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, C.Bayden İsrail ilə Fələstinin "HƏMAS" hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşmasının yekunlaşdırılmasının təcili olduğuna diqqət çəkib.
"Prezident atəşkəs və girovların azad edilməsi üçün razılığın əldə olunmasının vacibliyini vurğulayıb və qalan maneələrin aradan qaldırılması üçün Qahirədə gələcək danışıqları müzakirə edib", - deyə bildirilib.