...

Fransalı deputat region Şurasının prezidenti vəzifəsindən istefa verdi

Dünya xəbərləri Materials 26 Avqust 2024 14:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada sağçı deputat Loran Vokye Overn-Ron-Alp (Auvergne-Rhône-Alpes) regionu Şurasının prezidenti mandatına son qoymalı oldu.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, son günlər dövlət maliyyəsindən qanunsuz xərcləri ilə gündəmə gələn və haqqında araşdırmalar aparılan Loran Vokye region Şurasının prezidentliyindən istefa verib.

Qeyd edilir ki, deputat bu barədə artıq ətrafındakılara da açıqlayıb.

Vokyenin istefa gözlənilən idi. Bu, mandatla bağlı qanunun bir hissəsidir. Qanunda qeyd olunur ki, hər hansı deputat və senatorun yerli icra hakimiyyəti funksiyasını yerinə yetirməsi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti