...

Nüvə müharibəsi başlaya bilər - Hakan Fidan

Dünya xəbərləri Materials 30 Avqust 2024 21:00 (UTC +04:00)
Nüvə müharibəsi başlaya bilər - Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nüvə müharibəsi başlaya bilər.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.

H.Fidan, həmçinin, söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:

"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".

Xəbər lenti

Xəbər lenti