...

Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı

Dünya xəbərləri Materials 4 Sentyabr 2024 18:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

Müqavilələr Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın Ankaraya rəsmi səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti