Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron ölkənin baş naziri vəzifəsinə Mişel Barnyeni təyin edib.
Trend bu barədə “Euronews”-a istinadən xəbər verir.
Məlumata görə, Emmanuel Makron Barnyeni baş nazir təyin etdi və ona ölkə və fransız xalqına xidmət edəcək vahid hökumət qurmağı tapşırıb.
Qeyd edilir ki, Barnye əvvəlcə Fransa XİN rəhbəri və Avropa Komissarının bazar və xidmətlər üzrə müavini vəzifələrində İşləyib.