...

Suriyada terror aktı nəticəsində 3 əsgər həlak olub

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın daxili təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı ölkənin cənubunda yerləşən Dəra əyalətində bir qrup terrorçunun hücumu nəticəsində həlak olub.

Trend xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı hərbçilər xidmət etdikləri Suriya-İordaniya sərhədində yerləşən Nəsib məntəqəsinə doğru gedirmiş. Hücum edənlər atəş açıb, sonra naməlum istiqamətdə gözdən itiblər.

2018-ci ildə terrorçulardan azad edilən Suriyanın cənub bölgələrində son vaxtlar “İslam Dövləti” terror qruplaşmasının yaraqlılarının fəallığında artım müşahidə olunur. Bundan əvvəl “Şam FM” radiostansiyası Dərada minanın partlaması nəticəsində üç Suriya ordusu əsgərinin öldüyünü xəbər vermişdi. Şahidlərin sözlərinə görə, bomba uzaqdan idarəolunma qurğusu vasitəsilə partladılıb. Sentyabrın 4-də Suriya Daxili İşlər Nazirliyi Deraa əyalətinin qubernatoru Luay Xreytin həyatına sui-qəsd barədə məlumat yayıb. İŞİD terrorçuları qubernatoru müşayiət edən kortecin marşrutu boyunca bir neçə mina partladıb, daha sonra maşınlara atəş açıblar. Altı mühafizəçi yaralanıb, məmurun özü isə xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti