Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi hava təhdidlərinə qarşı müdafiəni gücləndirmək üçün bir neçə şirkətlə ümumi məbləği 5,4 milyard dollar olan müqavilələr bağlayıb.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Sənəddə qeyd olunub ki, “hava təhdidlərindən” qorunmaq üçün “hava dəstəyi xidmətləri”nə vəsait ayrılıb.
Pentaqonun müqaviləsi üzrə podratçılara ABŞ-da yerləşən Airborne Tactical Advantage, Blue Air Training, Coastal Defense, Draken International, RAVN Group, Tactical Air Support, Top Aces, Valkyrie Aero şirkətləri daxildir.