Bakı. Trend:
Türkiyənin bütün əyalətlərində “Çember-22” əməliyyatı keçirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, 81 əyalətdə beş gün ərzində keçirilən əməliyyatda məhkəmənin qərarı ilə haqlarında axtarış qərarı olan ümumilikdə 3126 şəxs saxlanılıb.
"Onlardan 12-si on ildən artıqdır axtarışda idi. Saxlanılanlardan əksəriyyəti, 561 nəfər narkotik maddədən istifadə etdiyinə və satdığına görə saxlanılıb.
Əməliyyatlar davam edəcək, - o əlavə edib.