Bakı. Trend:
Türkiyə Qəzzanın bərpası prosesində iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankarada Ərəb Dövlətləri Liqasının toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə Qəzzanın yenidən qurulması üçün zəruri addımları atacaq.
Nazir müharibənin sona çatmasını gözlədiklərini vurğulayıb.