...

Rusiyanın İrandan aldığı ballistik raketlər Avropa üçün təhdiddir - Blinken

Dünya xəbərləri Materials 10 Sentyabr 2024 20:35 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və ABŞ-ın Dövlət katibi Antoni Blinken Ukraynaya birgə səfər edəcəklər.

Trend xəbər verir ki, Antoni Blinken və Devid Lammi Londonda keçirdikləri danışıqlar zamanı Ukraynaya dəstək göstərməyin vacib olduğunu vurğulayıblar.

Onlar Rusiyanın Ukraynaya hücumlarını artacağına dair xəbərdarlıq ediblər.

Devid Lammi bildirib ki, bu, on il ərzində ilk birgə səfər olacaq və Qərbin Ukraynaya bağlılığını nümayiş etdirəcək.

ABŞ Dövlət katibi isə deyib ki, İran Rusiyaya qısamənzilli ballistik raketlər göndərib və Kreml çox güman, onlardan bir neçə həftə ərzində Ukraynada istifadə edəcək. Bunu bütün Avropa üçün təhdid adlandıran Antoni Blinken əlavə edib: “Onlarla Rusiya hərbçisi İranda 75 mil (təxminən 120 kilometr) uzaqlığa çata bilən qısamənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçib”.

Xəbər lenti

Xəbər lenti