Bakı. Trend:
Malatyada minik avtomobili ilə sevis avtobusu toqquşub: Ölən və çox sayda yaralı var.
Trend xəbər verir ki, Malatyada bir yük şirkətində çalışan işçiləri daşıyan avtobus ilə avtomobil toqquşub.
Qəzada avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Qəza Malatya-Ankara avtomobil yolunun Şəhərlərarası Avtovağzal qovşağında baş verib. Toqquşmanın gücündən avtomobil səkiyə çıxdığı halda, xidməti avtomobil yan üstə aşıb. Xəbər üzərinə əraziyə sövq edilən sağlamlıq qrupları dəhşətli qəzada yola atılan yaralılara müdaxilə edib.
Qəza ilə bağlı araşdırmalar davam edir.