Bakı. Trend:
ABŞ Ukraynadakı münaqişə nəticəsində əldə etdiyi təcrübəni nəzərə alaraq pilotsuz uçuş aparatlarının istehsalını artıracaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ ordusunun katibi Kristin Uormut bildirib.
"Pilotsuz uçuş aparatlarına, PUA-lara müqavimət göstərilməsinə və elektron müharibə imkanlarına investisiyaların əhəmiyyətli dərəcədə artdığını görəcəksiniz", - deyə o qeyd edib. K.Uormut bildirib ki, ABŞ-nin gələn il üçün hərbi büdcəsi bu istiqamətlər üzrə artırılacaq ki, bu da Ukraynada baş verənlərin “birbaşa nəticəsidir”.
Pentaqonun nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Ukrayna münaqişəsindən “çoxlu dərslər” götürüb.